Əhaliyə bu tarixlərlə bağlı xəbərdarlıq edildi

Əhaliyə bu tarixlərlə bağlı xəbərdarlıq edildi

Aprelin sonunda baş verəcək maqnit qasırğaları bir çox insanlar üçün problem yaradacaq, çünki geomaqnit aktivliyinin qırmızı səviyyəyə yüksələcəyi gözlənilir. Rabitə avadanlığı və elektronikanın təsirinə məruz qalması da mümkündür.

“Yeni Sabah” xəbər verir ki, aprelin 28-də – G2 (K-index 6) səviyyəsində güclü maqnit qasırğası gözlənilir

Aprelin 29-da geomaqnit aktivliyi azalacaq, G1 (K-index 5) gözlənilir. Ayın son günü göstəricilər sabitləşəcək, qısamüddətli lokal alovlanmalar mümkündür, lakin ümumi vəziyyət normal olacaq.

Mənbə: yenisabah.az