Türkiyənin Nevşehir şəhərində qorxulu hadisə baş verib. Suriyalı ailənin 2 yaşlı Muhəmməd Nur Əl-Muhəmməd adlı övladı yaşadığı 3 mərtəbəli binanın ikinci mərtəbəsindəki evin pəncərəsindən müvazinətini itirərək birbaşa küçədə yerləşən zibil konteynerinə düşüb.
Bizim.Media İHA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində azyaşlı ciddi xəsarətlər alıb.
Hadisə anı ərazidəki təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Mənbə: bizim.media