Yaponiyanın ən yaşlı insanı olan Okaqi Hayaşi 115 yaşında vəfat edib.
Bizim.Media "Haber Global"a istinadən xəbər verir ki, bu barədə informasiyanı Yaponiyanın Səhiyyə, Əmək və Sosial Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, Gifu əyalətinin Toki şəhərində yaşayan qadın müalicə aldığı xəstəxanada ürək çatışmazlığından dünyasını dəyişib.
Okaqi Hayaşinin ölümündən sonra Yaponiyanın Aiçi əyalətinin Koda qəsəbəsində yaşayan 114 yaşlı Mine Kondo ölkənin ən yaşlı insanı olub.
Mənbə: bizim.media