İspaniya və Portuqaliyada genişmiqyaslı elektrik enerjisi kəsintisi qeydə alınıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, İspaniyanın Madrid, Barselona, Sevilya, Portuqaliyanın isə Lissabon və Portu şəhərlərində işıqforlar da daxil bütün nəqliyyat sistemləri çöküb.
İşıqforların işləməməsi isə tıxaca səbəb olub. Nəticədə qatarlar dayanıb, hava limanları və metro fəaliyyətini tamamilə dayandırıb.
İspaniyanın elektrik şəbəkəsi “Renfe”nin məlumatına görə, saat 12:30-da elektrik enerjisi kəsilib və bütün stansiyalarda qatarların xidməti dayanıb: “Problemin səbəbi hələ ki bəlli deyil. Elektrikin bərpası üçün hazırda şirkətlərlə iş gedir. Qısa zamanda vətəndaşlara məlumat veriləcək”.
Mənbə: qafqazinfo.az