İntihar edən hərbçimizlə bağlı təsirli fakt

İntihar edən hərbçimizlə bağlı təsirli fakt

Dövlət Sərhəd Xidmətinin (DSX) kiçik giziri Rəhim Novruzovun intiharının təfərrüatları məlum olub.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə aprelin 28-də onun xidmət etdiyi Cəbrayıl rayonu ərazisində kirayə yaşadığı evdə baş verib.

Lakin intihar hələlik ilkin ehtimaldır. Təsdiqlənməmiş digər versiyaya görə, R.Novruzov dəm qazından boğularaq ölüb.

Məlumata görə, R.Novruzov əslən Kürdəmir rayonunun Çöhranlı kəndindəndir. O, 1997-ci ildə Çöhranlıda anadan olub. Ailədə üç qardaş, iki bacıdılar.

R.Novruzov doğulduğu kənddə orta məkəbi bitirdikdən sonra imtahanla Türkiyə universitetlərindən birinə qəbul olunub və bir il orada təhsil alıb. Amma ailənin imkansızlığına görə təhsilini davam etdirə bilməyib. Bundan sonra Ukrayna ali məktəblərindən birinin qiyabi fakültəsinə köçürülüb.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başladıqdan sonra könüllü şəkildə vətənin müdafiəsinə yollanıb. O, DSX-nin sıralarında ön cəbhədə döyüşüb, qəhrəmanlıqlar göstərib. Onun bu xidmətləri ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib və mükafatlandırılıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Rəhim Novruzov “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Müharibə bitdikdən sonra Rəhim DSX sıralarında qalıb.

Məlumata görə, R.Novruzov altı ay əvvəl evlənibmiş.

Mənbə: axar.az