Bakıda sərnişin avtobusu qəza törədib.
Hadisə Xətai rayonu Ağ şəhər ərazisində qeydə alınıb.
10 nömrəli marşrut avtobusu "Toyota Land Cruiser" markalı avtomobillə toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Qəza nəticəsində xəsarət alanların olması barədə məlumat yoxdur.
Mənbə: bizim.media