Böyük Şor gölünün sahilində naməlum mənşəli ağ köpüklənmə müşahidə olunub.
Hadisə ilə bağlı bulvar ərazisində istirahət edən sakinlər məlumat veriblər.
Şəhər sakinləri bildiriblər ki, ötən həftə ilə müqayisədə göldəki köpüklənmənin miqdarı artmaqda davam edir.
Onlar bu halın sənaye və məişət tullantılarından qaynaqlandığını ehtimal edirlər.
Mənbə: axar.az