"Nika Qaqrinski" ləqəbli "qanuni oğru" Niko Dqebuadze Rusiyada federal axtarışa verilib.
Lent.az-a istinadən xəbər verilir ki, Smolensk vilayətində avtoritetə qarşı Rusiya Cinayət Məcəlləsinin 210.1-ci maddəsi - "Cinayətkar iyerarxiyada ali mövqe tutma" üzrə cinayət işi başlanılıb.
Məlumata görə, 43 yaşlı Dqebuadze Smolensk vilayətində cinayətkar adət-ənənələri dəstəkləməkdə davam edir və hətta bölgədə yerli hakimiyyət orqanları ilə görüş təşkil edir.
Qaqrinski narkotik saxlamaq və yaymaqda ittiham olunaraq iki dəfə məhkum olunub. İndi o, yenidən hüquq-mühafizə orqanlarının diqqətinə düşüb və federal axtarışa verilib. Barəsində cinayət iyerarxiyasında yüksək vəzifə tutduğuna görə cinayət işi açılıb və onu 15 ilə qədər həbs gözləyir.
Qeyd edək ki, "Nika Qaqrinski" mərhum azərbaycanlı "qanuni oğru" Lotu Qulinin yaxın adamlarından biri idi. Qaqrisnki daim abxaz avtoritetləri tərəfindən sıxışdırılıb. 2017-ci ildə Lotu Quli öz adamı Rəşad Gəncinskini məhz "Nika Qaqrinski"yə dəstək olmaq üçün Abxaziyanın Qudauti şəhərinə göndərib.
Mənbə: axar.az