Gəncədə 54 yaşlı qadını maşın vurdu

Gəncədə 54 yaşlı qadını maşın vurdu

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Totanlı adlanan ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil 1971-cı il təvəllüdlü Z.Cəfərovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirlir.

Faktla bağlı araşdırma aparılır.


Mənbə: unikal.az