İmişlidə 33 yaşlı kişi bıçaqlanıb.
APA-ya istinadən verilən məlumata görə, hadisə İmişli şəhərində baş verib. Rayon sakini, 1992-ci il təvəllüdlü Cavadov Xanəhməd Ehtiram oğlu bədəninin müxtəlif nahiyələrindən kəsilmiş-deşilmiş xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Mənbə: avtosfer.az