Şri-Lankada avtobus faciəsi - 21 ölü, 14 yaralı

Şri-Lankada avtobus faciəsi - 21 ölü, 14 yaralı

Şri-Lankada sərnişin avtobusu uçurumdan düşüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində azı 21 nəfər ölüb, 14-ü yaralanıb.

Polisin bildirdiyinə görə, qəza bazar günü səhər saatlarında paytaxt Kolombodan təxminən 140 km şərqdə, Kotmale şəhəri yaxınlığında, mərkəzi Şri-Lankanın dağlıq ərazisində baş verib.

Məlumata görə, qəza zamanı avtobusda 50-yə yaxın adam olub.

Mənbə: qafqazinfo.az