Tovuz rayonunun Aşağı Quşçu kəndində ağır yol qəzası baş verib.
“Hyundai” markalı yük avtomobili ilə “Belarus” markalı traktor toqquşub.
Nəticədə 2 nəfər xəsarət alıb.
Yaralılar yaxınlıqda yerləşən tibb müəssisəsinə yerləşdirilib. Vəziyyətləri orta ağırdır. Qəza nəticəsində zərbənin təsirindən traktor aşıb.
Faktla bağlı araşdırma başlanılıb.
Mənbə: bizim.media