Masallıda 48 yaşlı qadın kirayədə qalan qohumunu QARƏT ETDİ

Masallıda 48 yaşlı qadın kirayədə qalan qohumunu

Yardımlı şəhərində oğurluq hadisəsi ilə bağlı bir qadın hüquq-mühafizə orqanları saxlanılıb.

Şəhər ərazisindəki evlərdən birində kirayədə qalan bir qadın yaşadığı evdən 5 min manat pulun yoxa çıxması ilə bağlı polisə müraciət edib. Onun şikayətini əsas götürən hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəxs – ev sahibinin qohumu, 48 yaşlı E. Miranova müəyyən edilib və saxlanılıb.

Hazırda faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Mənbə: bizim.media