Gəncədə 18 yaşlı gənc oğlan naməlum şəraitdə ağır xəsarət alıb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin 5-ci mikrorayon ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini 2007-ci il təvəllüdlü Elgün İbrahimov ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Dərhal gənc oğlana xəstəxanada tibbi yardım göstərilib. O, reanimasiya şöbəsinə yerləşdirilib. E. İbrahimovun vəziyyətinin ağır olduğu bildirilir. Onun hansı səbəbdən ağır xəsarət alması hələlik məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Fakt araşdırılır.
Tural Əhmədov
Mənbə: unikal.az