Maşından 9900 manat oğurlandı

Maşından 9900 manat oğurlandı

Paytaxtın Xətai rayonunda avtomobildən 9900 manat oğurlanıb.

DİN-in Mətbuat xidmətinə istinadən xəbər verilir ki, Xətai RPİ 37-ci Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı X.Mustafayev saxlanılıb.

Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşkarının keçirdikləri tədbirlərlə isə işlədiyi mağazadan 980 manat oğurlamaqda şübhəli bilinən bir qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Mənbə: qafqazinfo.az