Neftçalada 2 naqil oğrusu tutuldu

Neftçalada 2 naqil oğrusu tutuldu

Neftçalada kommunikasiya naqilləri oğurlayan 2 nəfər saxlanılıb.

DİN-ə istinadla xəbər verilir ki, bu, Yavər Əskərov və Rahim Qasımovdur.

Onlar rabitə dirəklərindən 18 min manat dəyərində 4 995 metr kommunikasiya naqillərini kəsərək əlvan metalların qəbulu məntəqələrindən birinə satdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, Y.Əskərov və R.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.

Mənbə: yenisabah.az