“Ayağında davamlı ağrı və şişkinlik şikayətləri ilə xəstəxanaya gətirilən 11 yaşlı uşağın rentgen müayinəsi zamanı sağ ayağının pəncə nahiyəsində yad cisim aşkarlanıb”.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu məlumat verib.
Onun sözlərinə görə, iynə paçasının uşağın ayağına 14 gün əvvəl batdığı məlum olub:
“TƏBİB-in tabeliyində fəaliyyət göstərən Binəqədi Tibb Mərkəzində müayinədən keçən 2014-cü il təvəllüdlü uşaq (qadın cinsli) cərrahi əməliyyat olunub və pəncə nahiyəsindəki yad cisim – iynə parçası təhlükəsiz şəkildə xaric edilib.
Məlumat üçün bildirək ki, bu cür hallar kifayət qədər təhlükəli hesab edilir. İynə, iynə qalığı və ya digər yad cisimlər xüsusilə ayaqaltı bölgədə lokalizasiya olduqda, hərəkətlə daha da dərinləşə və ətraf toxumalarda ciddi fəsadlara yol aça bilər. Belə hallarda dərhal həkimə müraciət edilməlidir”.


Mənbə: qafqazinfo.az