Ermənistan parlamentinin sədri Alen Simonyanın ofisi hər il yüzlərlə butulka konyak alır, lakin bu alışlara dair ictimaiyyətə heç bir hesabat təqdim olunmur.
Bu barədə parlamentdə keçirilən iclas zamanı müxalifətçi deputat Taquhi Tovmasyan çıxış edib. O, bildirib ki, 2024-cü ilin yanvar, may, avqust və noyabr aylarında spikerin ofisi “Vino & Vino” MMC-dən ümumilikdə 908 butulka konyak alıb. 2025-ci ilin yanvar-aprel aylarında isə əlavə 594 şüşə içki alınıb.
Deputat qeyd edib ki, bu alışlara dair nə əsaslandırıcı sənədlər, nə də izahat təqdim olunub. Onun sözlərinə görə, yalnız bu içkilərə 27,6 milyon dram (təxminən 70 min ABŞ dolları) vəsait xərclənib.
Maraqlıdır ki, bu məsələ Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin 2024-cü il üzrə hesabatının müzakirəsi zamanı gündəmə gətirilib.
Aynurə İsmayıl
Mənbə: konkret.az