11-ci sinif şagirdini maşın vurub öldürdü

11-ci sinif şagirdini maşın vurub öldürdü

Xaçmazda məktəblini avtomobil vuraraq öldürüb.

“Qafqazinfo” xəbər verir ki, “Hyundai” markalı minik avtomobili hərəkətdə olarkən digər avtomobilin arxasından qəfil çıxan piyada Turan Məcidovu vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada hadisə yerindəcə keçinib.

Qeyd edək ki, T. Məcidov Nərəcan kənd tam orta məktəbinin 11-ci sinif şagirdi idi.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

Mənbə: qafqazinfo.az