Bakıda zəncirvari qəza, yaralı var - Video - YENİLƏNİB

Bakıda zəncirvari qəza, yaralı var - Video -

Bakının Xətai rayonu, Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qeyd olunub ki, qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Baku.ws-in hadisə yerindən görüntülərini təqdim edirik:

***

TƏBİB-dən cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə aprelin 15-i saat 07:30 radələrində Xətai rayonu, Babək prospekti ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi cinsli) baş beyinin travması diaqnozu ilə Kliniki Tibb Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralıya zəruri tibbi xidmətlər göstərilib, müayinələrdən keçirilib. Yaralı stasionar müalicə üçün Neyrocərrahiyyə şöbəsinə yerləşdirilib.

Mənbə: qafqazinfo.az