“Formula 1" yenə şəhərin mərkəzində keçiriləcək - RƏSMİ

“Formula 1" yenə şəhərin mərkəzində keçiriləcək -   RƏSMİ

Xəbər verdiyimiz kimi ,“Formula 1"in Azərbaycan mərhələsinin "Sea Breeze" kurortunun bir hissəsi kimi yaradılacaq süni adada keşirilə biləcəyi ilə bağlı məlumat yayılıb. Bu barədə azərbaycanlı iş adamı Emin Ağalarov "Rusiya - İslam Dünyası: Kazanforum 2025" Beynəlxalq İqtisadi Forumunda Rusiya Baş nazirinin müavini Marat Xusnullinə layihənin təqdimatı zamanı danışıb. O bildirib ki, marşrut xəttinin dəyişdirilməsi Bakıda tıxac və yolların bağlanması problemini həll edəcək.

Məsələni dəqiqləşdirmək üçün Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə əlaqə saxladıq.
Qurumun mətbuat katibi Arzu Hüseynova yayılan xəbərləri təkzib etdi:
“Bizdə belə bir məlumat yoxdur. Formula 1 Qran Prisi artıq 9 ildir Azərbaycanda keçirilir. Yarışlar həmin ərazidə - Bakının mərkəzi yollarında son 9 ildə necə olubsa, bu il də eyni qaydada təşkil olunacaq. Yəni bununla bağlı heç bir dəyişiklik yoxdur.”
BakuPost

Mənbə: www.bakupost.az