Xocasəndə taxta yeşiklər yığılan ərazidə yanğın söndürüldü

Xocasəndə taxta yeşiklər yığılan ərazidə yanğın söndürüldü

Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində taxta sexinin ərazisində baş verən yanğın söndürülüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, taxta sexinin ərazisində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Mənbə: yenisabah.az