Yanukoviçin keçmiş müşaviri Madriddə öldürüldü

Yanukoviçin keçmiş müşaviri Madriddə öldürüldü

Ukraynanın sabiq Prezidenti Viktor Yanukoviçin keçmiş müşaviri Andrey Portnov İspaniyanın paytaxtı Madrid yaxınlığında güllələnərək öldürülüb.

Bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Portnov döş qəfəsindən 4, başından isə 1 güllə yarası alıb.

Madrid Milli Polisi 52 yaşlı A. Portnovun ölüm faktını təsdiqləyib.

Cinayətkar hadisə yerindən qaçıb, onun axtarışları davam etdirilir.

Mənbə: qafqazinfo.az