Bakı şəhərinin Yasamal rayonunda 1 yaşlı körpənin əli plastik oyuncaqda sıxılıb qalıb.
Bununla bağlı FHN məlumat yayıb.
Nazirliyin “112” qaynar telefon xəttinə hadisə ilə bağlı köməkliyin göstərilməsi üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.
Xilasedicilər tərəfindən 2024-cü il təvəllüdlü körpənin sıxılı vəziyyətdə qalmış əlinin oyuncaqdan təhlükəsiz qaydada çıxarılması təmin edilib.
Mənbə: qafqazinfo.az