Pivə də xərçəngə səbəb olur

Pivə də xərçəngə səbəb olur

Şimali Karolinadakı RTI beynəlxalq tədqiqat institutunun mütəxəssisləri 23 növ pivəni sınaqdan keçiriblər. Bütün nümunələrdə ABŞ, Meksika və Niderland istehsalı olan içkilərdən istifadə edilib.

Xarici KİV-ə istinadən xəbər verilir ki, nümunələrin 95%-də “əbədi kimyəvi maddələr” və ya PFAS aşkar edilib. Onlar böyrək və tiroid funksiyasının pozulmasına, sonsuzluğa və xərçəngə səbəb ola bilər.

Alimlər kimyəvi maddələrin pivəyə daxil olmasının əsas səbəbinin çirklənmiş su olduğunu irəli sürürlər. Bildirilir ki, əksər pivə zavodları onu təmizləmək üçün xüsusi filtrlər quraşdırmır.


Mənbə: unikal.az