Küləkli havaya dair sarı xəbərdarlıq elan olundu

Küləkli havaya dair sarı xəbərdarlıq elan olundu

Mayın 24-ü axşam və 25-də Bakıda və Abşeron yarımadasında, habelə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Culfa, Ordubad, Siyəzən, Şabran, Xaçmaz, Xızı, Qusar, Qobustan, Neftçala, Salyan, Naftalan, Gəncə, Goranboy, Göygöl, Yevlax, Hacıqabul, Daşkəsən, Mingəçevir və Şəkidə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Mənbə: yenisabah.az