İsrailin son hücumlarında 224 iranlı həlak olub – Tehran rəsmən təsdiqlədi

İsrailin son hücumlarında 224 iranlı həlak olub – Tehran rəsmən təsdiqlədi

İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində 224 nəfər həlak olub.

Bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü bildirib.

O qeyd edib ki, son bir neçə gündə İsrailin hücumları nəticəsində uşaqlar, qadınlar və kişilər də daxil olmaqla 224 nəfər həlak olub.

Onun sözlərinə görə, 1277 nəfər xəsarət alıb.

Sözçü əlavə edib ki, onların 90%-dən çoxu mülki şəxslərdir.

Mənbə: apa.az