Azərbaycanlı rəssam Türkiyədə vəfat etdi

Azərbaycanlı rəssam Türkiyədə vəfat etdi
Türkiyədə yaşayan azərbaycanlı Əməkdar rəssam Rəhim Məmmədov vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Rəhim Məmmədovun iyunun 28-də vəfat etdiyi bildirilib.
Qeyd edək ki, rəssam 1928-ci ildə Bakıda anadan olub. Onun Sankt-Peterburq, Bakı, Tiflis, Moskva, Sivas, Kayseri, Konya və başqa yerlərdə çoxsaylı sərgiləri keçirilib. O, Beynəlxalq Memarlıq konqresi sərgisində "Münsif Onur” mükafatına, Azərbaycan Nazirlər Kabineti mükafatına layiq görülüb.
Allah rəhmət eləsin.

Mənbə: qaynarinfo.az