Bakıda qardaş qardaşı qətlə yetirdi

Bakıda qardaş qardaşı qətlə yetirdi

Bakıda qardaş qardaşı qətlə yetirib.

Hadisə iyulun 3-də səhər saatlarında paytaxtın Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində baş verib.

Orada yaşayan Amin Nuri 1996-cı il təvəllüdlü qardaşı Aslan Nurini öldürüb.

Amin Nuri daha sonra könüllü şəkildə polisə təslim olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: publika.az