Xəbər verdiyimiz kimi, “Liverpul”un futbolçusu Dioqo Jota və qardaşı Andre Silva avtomobil qəzasında həlak olub.
İspaniya mətbuatı hadisə yerindən görüntüləri paylaşıb.
Qeyd edək ki, Dioqo Jotanın idarə etdiyi “Lamborghini” yoldan çıxaraq aşıb və yanmağa başlayıb. Hadisə nəticəsində o və qardaşı həyatlarını itiriblər.
Mənbə: qafqazinfo.az