Kanadada bomba səbəbindən hava limanları boşadıldı

Kanadada bomba səbəbindən hava limanları boşadıldı

Kanadada Montreal və Ottava hava limanlarından uçuşlar bomba təhlükəsi səbəbindən dayandırılıb.

Bu barədə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.

Bildirilir ki, Montreal və Ottava beynəlxalq hava limanlarından uçuşlar bomba təhlükəsi səbəbindən dayandırılıb. Əraziyə aidiyyatı qurumlar cəlb olunub.

Digər təfərrüatlar açıqlanmayıb.

Gülayə Mecid


Mənbə: unikal.az