İtaliyanın paytaxtı Roma şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.
Xarici KİV-ə istinadən xəbər verilir ki, hadisə nəticəsində 21 nəfər yaralanıb. Yaralananlar arasında polis, yanğınsöndürən və tibb işçiləri də var.
Bildirilib ki, partlayış yerli vaxtla 8:15-də baş verib. Belə ki, ard-arda 2 partlayış olub. Partlayışın məktəbin yaxınlığında baş verdiyi ehtimal olunur.
Həmçinin partlayışdan sonra baş verən yanğın yaxınlıqdakı depoya keçib, partlayışdan yaranan şok dalğası isə yaxınlıqdakı binalara ziyan vurub.
Mənbə: qafqazinfo.az