İyulun 4-də Rusiyanın “Transneft” enerji şirkətinin vitse-prezidenti Andrey Bədəlov Rublevskoye şossesində mənzilin pəncərələrinin altında ölü tapılıb.
Onun 62 yaşı var idi.
Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlib, araşdırma aparılır, iş adamının ölümünün hansı şəraitdə baş verdiyi müəyyənləşdirilir. Ölümün ilkin səbəbi intihardır.
Bədəlov 1962-ci ildə Krasnodarda anadan olub. O, 1984-cü ildə Moskva Mühəndislik Fizika İnstitutunu bitirib. Bir neçə şirkətdə, o cümlədən “Atlantis” Rabitə Korporasiyasında müxtəlif vəzifələrdə çalışdıqdan sonra 2021-ci ildə “Transneft”də işə düzəlib. Bədəlov rəqəmsal transformasiya, informasiya texnologiyaları və sənayenin avtomatlaşdırılması üzrə ixtisaslaşıb.
Bədəlovun həyat yoldaşı ərinin meyitini görəndən sonra şoka düşüb. “Shot” Telegram kanalı xəbər verir ki, qadın üçün təcili yardım çağırılıb.
İlkin məlumata görə, Bədəlov özünün 17-ci mərtəbədən atıb.
Bədəlovun iki qızı olduğu da bildirilir.
“Transneft”in vitse-prezidenti Andrey Bədəlovun ölümü şübhəli görünür.
Bunu rusiyalı politoloq Georgi Bovt sosial şəbəkələrdə yazıb. Mütəxəssis vurğulayıb ki, hansısa yüksək vəzifəli məmurun və ya iri sahibkarın ölümü istər-istəməz suallar yaradır.
Onun ölüm vaxtını şərh edərkən, o, Bədəlovun belə erkən saatlarda "pəncərələri təmizləməsi" və ya sərxoş vəziyyətdə olması ehtimalının olmadığını qeyd edib.
Tural
Mənbə: publika.az