Mingəçevirdə yolda təmizlik işləri ilə məşğul olduğu zaman avtobus tərəfindən vurulan qadın dünyasını dəyişib.
Hadisə iki gün öncə Heydər Əliyev prospektinin Günəşli yaşayış massivi ərazisindən keçən hissəsində baş vermişdi.
Oğuz-Mingəçevir marşrutu ilə hərəkət edən sərnişin avtobusu Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşı Mətanət Hacıyevanı vuraraq müxtəlif bədən xəsarətləri yetirmişdi. Qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: www.bakupost.az