Rusiya hava limanlarında xaos: Yüzlərlə sərnişin...

Rusiya hava limanlarında xaos: Yüzlərlə sərnişin...

Rusiyanın hava limanlarında sistem çöküb.

Yalnız Moskva və Sankt-Peterburqda demək olar ki, 100 reys ləğv edilib, bir neçə yüzü təxirə salınıb. Bir çox sərnişin hava limanlarında 9 saatdan çox vaxt keçirib.

“Ən çətin vəziyyət Şeremetyevo hava limanında müşahidə olunur: burada 170-dən çox reys gecikib, təxminən 50-si isə ləğv olunub. Hazırda hava limanında sıxlıq yaşanır. Gələn sərnişinlər hələ yola düşməmiş sərnişinlərlə qarışırlar. Sərnişinlər yer çatışmazlığından yerə oturmaq məcburiyyətində qalıb, hətta biznes zalda da boş yer yoxdur”, - “Baza” Teleqram kanalının məlumatında bildirilib.

Bundan başqa, hava limanına çatan bəzi sərnişinlər təyyarədən buraxılmayıb və bəziləri təxminən dörd saat təyyarə göyərtəsində qalıb.

Pulkovo hava limanında da oxşar vəziyyət yaşanır. Burada 30-dan çox reys ləğv olunub, 100-ə yaxını təxirə salınıb.

Bundan az əvvəl Sankt-Peterburqdakı hava limanında təyyarələrin qəbul və buraxılması ilə bağlı məhdudiyyətlər tətbiq olunmuşdu.

Mənbə: axar.az