Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonunda avtomobil yolunda selin fəsadları aradan qaldırılır.
Publika.az xəbər verir ki, bu barədə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, rayona yağan güclü yağış nəticəsində Havuş kənd avtomobil yoluna sel gəlib. Sel sularının yolları yuması nəticəsində bəzi hissələr yararsız hala düşüb.
Agentliyin əməkdaşları əraziyə cəlb olunub. Yolun bərpası və hərəkətin normal şəkildə təmin olunması istiqamətində işlər davam etdirilir.
Mənbə: publika.az