Ucarda ağır qəza - 3 nəfər xəsarət aldı

Ucarda ağır qəza -

Ucar rayonu ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Onlardan biri azyaşlıdır.

Qəza Bakı-Qazax magistralında, yolun Ucarın Küçəkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı xəsarət alan şəxslər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: axar.az