ABŞ-ın Kaliforniya ştatında yaşayan Azərbaycan vətəndaşı Sevindik Hüseynov ABŞ dövlətinə qarşı 137 milyon dollarlıq tibbi sığorta fırıldağında ittiham olunaraq saxlanılıb.
Bu barədə Şimali Kaliforniya məhkəməsi məlumat yayıb.
Bildirilib ki, istintaq materiallarına əsasən, Sevindik Hüseynov saxta tibbi xidmət sənədləri, təqdimatlar, göndərişlər və fakturalar vasitəsilə ABŞ-ın sağlamlıq sistemindən külli miqdarda vəsait mənimsəyib.
Hüseynov ölkəni tərk etməyə çalışarkən saxlanılıb.
Mənbə: axar.az