“Rosqvardiya” rəhbərinin keçmiş müavini saxlanıldı

“Rosqvardiya” rəhbərinin keçmiş müavini saxlanıldı

Rusiya Milli Qvardiyasının rəhbərinin keçmiş birinci müavini Viktor Striqunov saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiya Milli Qvardiyasının rəhbərinin keçmiş birinci müavini vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətxorluqda ittiham olunur.

Qeyd edək ki, Striqunov 2020-ci ilin yanvarında Rusiya Milli Qvardiyasının rəhbərinin birinci müavini olub.

Mənbə: qafqazinfo.az