Rusiyada kafeyə qumbara atılıb - Ölən və yaralananlar var

Rusiyada kafeyə qumbara atılıb - Ölən və yaralananlar var

Ryazanda kafedə partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

“İlkin məlumata görə, partlayış Sobornaya küçəsindəki lounge barda baş verib. Nəticədə bir nəfər ölüb, üç nəfər xəsarət alıb. Yaralılardan ikisi xəstəxanaya yerləşdirilib”, - agentliyin mənbəsi bildirib.

İlkin məlumata görə, kafeyə qumbara atılıb.

Mənbə: qafqazinfo.az