Arvadını öldürmək istəmişdi - 15 il həbs verildi

Arvadını öldürmək istəmişdi - 15 il həbs verildi

Lənkəranda arvadını qəsdən öldürməyə cəhddə təqsirləndirilən 49 yaşlı Etibar Nəhmətova hökm oxunub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə o, Cinayət Məcəlləsinin 29.120.2.2-ci və 29.120.2.4-cü (xuliqanlıq niyyətilə və xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddələri ilə ittiham olunub.

Məhkəmənin hökmü ilə E.Nəhmətov 15 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, hadisə bu ilin 6 fevralında rayonun Şilavar kəndində baş verib. E.Nəhmətov həmin vaxt həyat yoldaşı 1978-ci il təvəllüdlü Təranəyə uşaqların gözü qarşısında çoxsaylı bıçaq zərbələri endirərək qəsdən həyatdan məhrum etməyə cəhd edib.

Xəstəxanaya çatdırılan qadının həyatı xilas edilib.

Mənbə: qafqazinfo.az