Bu gün Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bakı-Qazax yolunun Yeni Qızılca kəndindən keçən hissəsində ağırtonnajlı yük maşını sürücünün idarəetməsindən çıxıb. Nəticədə TIR körpünün arakəsmələrinə çırpılıb.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.
Qəzanın səbəbləri dəqiqləşdirilir.
Yunus Quliyev
Mənbə: qafqazinfo.az