İranın paytaxtı Tehran şəhərində hündürmərtəbəli binada partlayış baş verib.
Bu barədə "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir.
Bildirilir ki, İranın Məhkəmə-Ədliyyə Sisteminin media mərkəzinin məlumatına görə, Tehranın Çitgər bölgəsində binadakı partlayış qaz sızması ilə bağlıdır.
Amma hadisəni videoya çəkən vətəndaş məhkəmə sisteminin işçilərinin yaşadığı binada baş verən partlayışı İsrailin dron hücumu ilə əlaqələndirir.
Hadisə nəticəsində 20 mərtəbəli binanın 15-ci mərtəbəsində üç mənzilin divarları uçub.
Partlayış nəticəsində dörd nəfər xəsarət alıb.
Mənbə: www.bakupost.az