Göyçayda 3 otaqlı ev yanıb.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, rayonunun Mollahacılı kəndində ümumi sahəsi 270 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə: apa.az