Astara rayonunda selin törətdiyi fəsadlar artmaqdadır.
“Report”un cənub bürosunun məlumatına görə, ötən gecə Astara rayonunun Şağlazüzə kəndində Pensər - Şağlazüzə - Şamətük kəndlərini birləşdirən dağlıq yol çöküb. Yolda nəqliyyatın hərəkəti daynıb.
Şağlazüzə - Siyokəş yolunu birləşdirən körpünü də sel suları dağıdıb.
Ərazidə təmir-bərpa işlərini aparmaq üçün isə öncə dünən dağılan Vaqo körpüsü bərpa olunmalıdır.
Bizim Telegram kanalımıza abunə olun
Mənbə: report.az