Bu minalar yaxın zamanda yerləşdirilib… - Səfir

Bu minalar yaxın zamanda yerləşdirilib… - Səfir

Təkcə bu gün erməni separatçılarının Qarabağda yerləşdirdiyi minaların partlaması nəticəsində 6 Azərbaycan vətəndaşı həlak olub. Bu minalar yaxın zamanda yerləşdirilib. Bəzi dövlətlər və beynəlxalq təşkilatlar niyə susur?.

Axar.az xəbər verir ki, bu fikirlər Azərbaycanın İrandakı səfiri Əli Əlizadənin X hesabındakı paylaşımında yer alıb.

Diplomat qeyd edib ki, onlar yalnız saxta ərzaq blokadasından danışırlar, halbuki 2020-ci ilin noyabr ayından indiyədək 314 nəfər Ermənistan tərəfindən Azərbaycan ərazilərinin mina blokadasının qurbanı olub:

"Üstəlik, bu minalar yaxın zamanda yerləşdirilib, çünki bu yollar istehkamçılar tərəfindən dəfələrlə yoxlanılıb və hər gün oradan çoxlu sayda maşın keçir".

Mənbə: axar.az