Yardımlıda İran casusu saxlanıldı - FOTO

Yardımlıda İran casusu saxlanıldı - FOTO

Yardımlı rayonunun Alar kəndində yerli sakinlər Azərbaycan sərhədini qanunsuz şəkildə pozan İran vətəndaşını saxlayaraq, polisə təhvil veriblər.

Bu barədə Bakupost.az -a Alar sakinləri bildiriblər.

Onların sözlərinə görə, saxlanılan şübhəli şəxsin üzərində xəncər aşkar edilib:

"İranlının cibləri də dolu idi. Axtarmağa qoymadı. Dedi ki, cibimdəkiləri polislərə verəcəm. Polislər onu şöbəyə apardılar. Dünən isə bir qrup polis əməkdaşı həmin şəxsi sərhədə yaxın yaylağa apardılar. Deyilənə görə, orada nələrisə torpağa basdırıbmış, çıxarıblar və onu yenidən şöbəyə aparıblar", - deyə kənd sakinlərindən biri bildirib.

 

Mənbə: www.bakupost.az