İsrail qırıcıları Beyrutu hədəfə aldı

İsrail qırıcıları Beyrutu hədəfə aldı

İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyruta hava zərbələri endirib.

Bu barədə İsrail mətbuatına istinadən məlumat yayılıb.

Məlumata görə, hücum nəticəsində Beyrutun müəyyən əraziləri hədəf alınıb. Hadisənin nəticələri və mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb. İsrail tərəfi əməliyyatın məqsədi barədə də ətraflı açıqlama verməyib.

Mənbə: news.milli.az