Cəbhə xəttinə yaxın ərazilərdə Rusiya hərbi logistikasına qarşı dron hücumları davam edir.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Rusiya yanacaq daşıyan maşınının sürücüsünün Ukraynanın “Hornet” kamikadze dronunun hücumundan son anda yayındığı əks olunub.
Kadrlarda dronun yüksək sürətlə hədəfə yaxınlaşdığı, sürücünün isə son anda etdiyi manevrlə zərbədən yayına bildiyi görünür. Hadisənin dəqiq yeri və vaxtı açıqlanmasa da, görüntülər qısa müddətdə geniş müzakirələrə səbəb olub.
Məlumata görə, Ukrayna qüvvələri son aylarda Rusiya ordusunun yanacaq, sursat və digər təchizat daşımalarını hədəfə alan dron əməliyyatlarını genişləndirib. Bu hücumların əsas məqsədi cəbhə xəttindəki rus bölmələrinin logistikasını zəiflətməkdir.
Mənbə: musavat.com