Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilir

Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilir
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilir.

"Report"a istinadla xəbər verilir ki, yürüşün önündə Azərbaycan əsgəri addımlayıb.

Şəxsi heyət hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən edilən marşrutlar üzrə yürüş edir.

Hərbi vətənpərvərlik mahnıları, qələbə marşının sədalarını yerli sakinlər və şəhərin qonaqları maraqla izləyiblər.

Azad Xankəndi torpağında yürüş edən hərbi qulluqçular, vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb.

Mənbə: oxu.az